7 февр. 2012 г.

Azad Edin...DƏRXAL!!!



Bəxtiyar Hacıyevə virtual aksiyaya mende qoşuluram. Bu yazımda məndə Bəxtiyar Hacıyevin azad edilməsini tələb edəcəm.

Bəxtiyar Haciyev menim həyatımın dəyişməsinde böyük rol oynayib.Onun haqqında məlumatım olandan sonra sanki yumulmuş gözlərim açıldı...
Təsadüfən saytlarin birinde onun həbs edilməsi barəsinde bir yazı oxudum.Daha sonra Bəxtiyar haqqında melumatlar axtarmağa başladim.Gördüklerim qarşısında mat-məəttəl qaldım.Gördüm ki,men necə də cındır,ədalətsiz dövlətdə yaşayıram.Həmin andan mən dövlətime nifret elemeye başladım...Anladım ki,mənim heç dünyadan xəbərim yoxdur.Bəlkə də bu menim az-yaşlı olmağımdan irəli gəlir.(17 yaşım var)

Sizə Bəxtiyar Hacıyev haqqında kiçik məlumat verim.
Bəxtiyar Hacıyev kimdir?
Gənc fəal, AIESEC Azərbaycanın qurucusu, ABŞ-ın Harvard universiteti məzunu və 2010-cu il noyabrında Parlament seçkilərində deputatlığa namizəd olub.
Nəyə görə həbs olunub?
Bəxtiyar Hacıyev 4 mart 2011-ci ildə sosial şəbəkələrdə gənclərin təşkil etdikləri etiraz aksiyalarına virtual dəstəkdən dərhal sonra QANUNSUZ olaraq hebs edilib.18 mayda onun barəsində “hərbi xidmətdən yayınma” ittihamı ilə 2 illik həbs qərarı çıxarılıb. Hal-hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Amnesty International və bir sıra beynəlxalq təşkilatlar tərəfindən "Vicdan Məhbusu" hesab edilib və dərhal azad edilməsi tələb edilib.
Xatırladım ki,4 noyabr 2011-ci ildən Bəxtiyar Hacıyevə təyin edilmiş cəza müddətinin 1\3 hissesi tamam olub.Azərbaycan qanunvericiliyinə əsasən,bu,şəxslərə cəza müddətinin qalan hissəsini daha yüngül cəza növü ile əvəz olunması və ya tamamilə qalan cəza müddətindən azad edilməsi imkanı verir.
Bunu da qeyd edim ki,Bəxtiyar Hacıyevin saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən hər ay keçirilən səyyar məhkəmələrdə onlarla məhbus bu əsasla azad edilir.Lakin keçən il dekabrın 29-da Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Mustafayevin sədrliyi ile QEYRİ-QANUNİ olaraq cəzaçəkmə müəssisəsində vəkilin iştirakı olmadan keçirilen iclasda Bəxtiyar Haciyevin müraciəti redd edilib.

P.S. Mənim Bəxtiyar Hacıyevlə heç bir tanışlığım,yaxınlığım yoxdur.Sadece virtual olaraq tanıyıram.Onun uğradığı ədalətsizliyi hamı bilmelidir.Hamı ona dəstək olmalıdır.Edalətsizliyə qarşı çıxmalıyıq.Bəsdir yatdız.Artıq gözlerinizi açın.Mənim kimi.

Bütün Azərbaycan gəncliyinin adından səslənirəm.Bəxtiyar Hacıyevi azad edin!Özdə dərxal!!!
Azerbaycana Bəxtiyar kimi gənclər lazımlıdır.

1 комментарий:

  1. Çox sağol, Omar, səmimi və tanış yazıdır. Mənim də gözlərim Adnan və Eminin həbsi ilə açılıb. Onlar haqqında bir məlumatla çox şey dəyişdi.

    Bəxtiyarın da dediyi kimi onların həbsi itki deyil, böyük bir tarixi missiyanın bir iştirakçısı, daşıyıcısıdır, onlar!

    ОтветитьУдалить

Fikirlərinizi bildirməkdən çəkinməyin