20 июн. 2013 г.

İqtidarlaşdırılmışlardansınız?!

Bu mövzuya toxunmayacaqdım. Heç fikir də bildirmək istəməzdim. Amma buna məcbur oldum. Turxan adında bir gənc son zamanlarda Azxeber.com-da yazılar yazır. Bu gənc əvvəl müxalif yönümlü biri idi. Son zamanlar iqtidar tərəfinə keçib. Səbəbi nədir bilmirəm. Amma təxmin eləmək olar. Ehtimal edirəm ki, pulsuzluqdandır. Bir ara iş axtarırdı. Yəqin iş tapa bilməyib ona görə də Hacıbəy Heydərlidən yapışıb. Ümumiyyətlə onu deyim ki, son zamanlar iqtidar yönümlü təşkilatlar yeni gənclər , yeni simalar axtarır. Sözün düzü Kiprdə olanda mənə də 1-2 dəfə iqtidar yönümlü təşkilatlardan təklif gəlmişdi. Universitetdə İlham Əliyevin təbliği ilə bağlı. Əlbəttə qəbul eləmədim. Keçək əsas mətləbə. Turxanın yazısını dünən görmüşəm. Dostlarla maşında idik. Telefonumda facebooka nəzər yetirəndə gördüm. Yanımda olan uşaqlara yazının adını deyəndə üzümüzdə gülümsəmə yarandı. Yazı da çox absurd yazı idi. Yazını burdan (http://www.azxeber.com/index.php?action=static_detail&static_id=35556 )  oxuya bilərsiz. Ümumiyyətlə Turxanın yazdığı yazı səmimi deyil. Turxan dostlarımız arasında dediyimiz kimi həmişə "am" axtarışında olub. Bunu facebookda statuslarından bilmək olar. Bir neçə statusunu screen eləmişəm.

10 февр. 2013 г.

15-year-old protester

There has been a rally  at 1:00 PM on 14th of May in 2012 organized by the Public Chamber in front of the Baku City Executive Power. Slogans like “Release prisoners of conscience”, “free elections”, “ensure freedom of assembly” and etc. were called out.

As always, participants of the rally were beaten and abused. 18 people were arrested. They were all released later. This is normal for a dictatorial country like Azerbaijan.
There are always some who are beaten and abused in every rally. At least, those who join these rallies understand and accept these risks. That is not my point, watch the video and you will understand everything yourselves.

11 нояб. 2012 г.

Asayişi kimlər pozur?

Prezident ictimai asayişi pozulması bəhanəsi ilə mitinqlərin keçirilməsi yaradılan daha da niyyəti ilə aksiyalarda iştirak edənlərin cərimələnməsi haqda sərəncam verdi. Artıq hökümətlə razılaşmadan mitinqə boş ciblə gedə bilməzsən. Demək, indən belə də, ictimai asayişi pulu bol olanlar poza biləcək, rus demiş 
тем более şəhərin mərkəzində səs-küy salmaq üçün gərək əlin cibində olsun.

Bu videonu Gəncədə yaşayan jurnalist Təhminə Tağızadə çəkib. Videoda göründüyü kimi bu yoldan Prezident keçəcək. Buna görə də polislər yolu maşınlardan təmizləyirlər. Polis maşınında oturan polis səs yüksəldici ilə insanlara yolu boşaltmağa əmr edir. Bu zaman həmin yoldan keçənlər də bu səsdən narazı olur. Onların istirahət hüququ  pozulur. Bəs polisləri kim cəzalandıracaq? 

2 сент. 2012 г.

Qarabağ əlininə verilən qiymət


Bir əlil arabası, bir də qarşısındakı kompüter bəs edir ki, 40 yaşlı Qarabağ əlili İlham Məhərrəmov həyətlərində rahat oturub başını qatsın. söhbət zamanı hərdən facebookda status da yazır, ya da ki baş səhifədəki dostlarının yazdıqlarına göz gəzdirir. Deyir ki, bir əlil üçün vitualda oturmaqdan rahat nə ola bilər?

 Amma real həyatı daha çətin...



İlham Məhərrəmov deyir ki, ən böyük problem dövlətin Qarabağ əlillərini düzgün qiymətləndirməməsidir.

"Həm maddi həm də mənəvi cəhətdən.  Mənəvi odur ki, hər hansı dövlət təşkilatına getsək heç bir güzəşt və qayğı görməyəcəyik. Maddi cəhətdən isə tikintidə işləyən adi fəhlə qədər məvacib vermir".

11 авг. 2012 г.

Qızıl medal?!


Bu gün Olimpiadada 2 qızıl medal qazandıq. Sosial şəbəkələrdə (Twitterdə , Facebookda) qızıl medal haqqında hamı nəsə yazır. Hamı buna sevinir. Amma mən sevinə bilmirəm. Daha doğrusu sevinmək istəmirəm. Səbəb? Səbəbi budur ki, Bu ölkənin hər qazanılmış nailiyyəti, həmişə İlham Əliyevin nailiyyəti olaraq qələmə verilir... 1-2 gün keçsin bütün tv kanallarında deyəcəklər ki, bu Möhtərəm Prezidentimiz Cənab Leytenant Ali Baş komandan zatı-ailələri İlham Əliyevin uzaq görən siyasəti nəticəsində qazanılmışdır. Başa düşə bilmirəm İlham Əliyev gəlib qızıl medalı qazanıb? Bəsdirin girənniy elədiz. İnsafınız olsun. Heç olmasa bir gün girənniy eləmədin yaşayın!

9 авг. 2012 г.

Üç "üsyan qardaşı"



Bu şəkili uşaqlıq dövrümdən otağımda poster olaraq asmışam. Hələ indi də otağımın divarındadır. 10 yaşım olanda atam bu şəkil haqqında danışmışdı. Məndə istədim blogumda bu hekayəni qeyd edim...

1968-ci ildə Olimpiadası. Mexico Citydə  200 metr qaçış finalından sonra amerikalı (qaradərili) atletlər Tommie Smith və John Carlos birincilik və üçüncü olurlar, avstraliyalı (ağdərili) Peter Norman ikinciliyi bayram edir.



Medal təqdimetmə tədbirindən əvvəl, Carlos, Peter Normanın yanına gəlir və soruşur:
- İnsan haqlarına inanırsan?
- Bəli, inanıram.
- Bəs Allaha?
- Bütün ruhumla...

16 июл. 2012 г.

İran inqilabdan sonra...

İran inqilabından əvvəl İran necə olduğu haqqında yazmışdım.  O yazıma Bir zamanlar İran... bura daxil olmaqla tanış ola bilərsiz. İndi isə İran inqilabından sonra necə ölkə olub. Bu haqda yazacam...

Fotoqraf Paolo Woods 1999-cu ildə İrana gəlmişdir. O burada ziddiyətlə üzləşdi. İranı belə təsəvvür etmirdi. Çünki xəbərlərdə İranı tamamilə başqa cür göstərirdilər.
Aşağıdakı şəkillər geyimləri, simaları, onların ətrafında vəziyyəti, İran təmsil edən media hamısı saxta olan  stereotipdir...

5 июл. 2012 г.

Bir zamanlar İran...

Qərb ölkələrdə "İran" sözünü işlədəndə ilk olaraq Amerikaya nifrət , millətçi sloqan atanlar, çarşaflı qadın ağıla gəlir. Düzdür hal-hazırda da belədir. Lakin Tehran , 1960-1970-ci illərdə tamam başqa cür olub. 1979-cu İslam inqilabından əvvəl İranın pataxtı dünyada mədəniyyət cəhətdən ən inkişaf etmişlərdən sayılırdı. Vaxtilə New York Times qəzeti belə bir məqalə yazmışdı : İnqilabdan əvvəl, İran bölgənin ən mədəni və ən çox etnikli ölkə oldu. Sürətlə  sənət, ədəbiyyat , film və televiziya sənayəsini inkişaf etdirdi".
Aşağıdakı şəkillərdən görəcəksiz ki, İran doğurdanda başqa cür olub.

1 июл. 2012 г.

"ANALOQU OLMAYAN" təhsil sistemi 2

1 ay olarki orta məktəbi qurtarmışam. 11 illik təhsil aldığım müddətdə 3 məktəb dəyişmişəm.

1-2ci siniflərdə 271 saylı orta məktəbdə , 3-7ci siniflərdə 72 saylı orta məktəbdə , 7-11 siniflərdə 90 saylı məktəbdə təhsil almışam.
271 nömrəli məktəbdə 2 il təhsil almağımın səbəbi odurki, təhsilin zəif olması idi. Buna heç zəif də demək olmaz. Yəni qısaca bərbat idi...

21 июн. 2012 г.

Qubaya səyahət...


Çoxdandır 2-3 günlük dincəlmək istəyirdim. Artıq bezmişdim Bakıdan onun çirkli havasından , yodlu suyundan.  2 ildir dayanmadan dəlicəsinə test eləyirəm. İmtahanlara hazırlaşıram. Yəqin ki, dincelmək mənim də haqqımdır. 

Evdən çıxanda  rukzak sumkamı, fotoaparatımı , mp3 playerimi götürüb yollandım Bakı avtovağzalına. Ordan da 1 tanışımla görüşüb Qubaya getməyə qərara aldıq.

Qubaya çoxdan getmək istəyirdim. Təmiz havasını , gülərüz insanlarını görmək istəyirdim. Qubaya getməyimin başqa səbəbi də var idi. Qubada baş vermiş hadisəni (İcra başçısın evinin yandırılması) yerli əhalidən daha dəqiq öyrənmək istəyirdim. Düzdür Quba hadisəsindən 3 ay keçib. Amma bu hadisə haqqında heç bir KİV-də dəqiq məlumat yox idi. Ona görə məlumatları özüm yerli əhalidən almaq istədim.
Qubaya ilk dəfə gedirdim. Qubaya çatan kimi hər yerdə Heydər Əliyevin şəkillərini görməyə başladım. Burdan anladım ki, artıq Qubaya çatmışam.

15 мая 2012 г.

15 yaşlı etirazçı

14 may saat 13:00-da İctimai Palatanın (İP) təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirib.  Piketdə “Vicdan məhbusları azadlığa buraxılsın!”, “Azad seçki!”, “Sərbəst toplaşmaq azadlığı təmin olunsun!” və bu kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçılar həmişəki kimi döyülüb, söyülüblər bunlar öz yerində belə həmişə olur. 18 nəfər həbs olunub. Sonra onların hamısı azad olunub. Azərbaycan kimi diktatura ölkəsində bu normaldır.
Hər aksiya da döyülən, söyülən ,tutulan olur. Əz azından aksiyaya gələnlər bunu nəzərə alıb gəlirlər. Sözümün canı bunda deyil! Videoya baxın. Sonra hər şeyi özünüz başa düşəcəksiz.


26 апр. 2012 г.

"ANALOQU OLMAYAN" gündəlik


Bu gün qardaşımı məktəbdən götürəndə, mənə yeni gündəliyini göstərdi. (Qardaşım 2-ci sinifdə oxuyur. Hər təhsil ilin sonunda uşaqlara növbəti il üçün gündəliklər paylayırlar )Bu gündəliyə baxanda şoka düşdüm. Sözün əsl mənasında...

Şəkillərə baxın. Səbəbini özünüz görəcəksiz...



26 мар. 2012 г.

"ANALOQU OLMAYAN" təhsil sistemi


Təhsilimiz bərbad gündə olduğunu yəqin bilirsiniz.Bu yazımda "ANALOQU OLMAYAN TEHSİL" haqqında danışacam.Təhsilimiz heqiqetende "ANALOQU YOXDU" bəlkədə heç "ATALOQU"da.Hal-hazırda 11-ci sinifdə oxuduğuma görə bu sistem haqqında ətraflı melumatım var...

1 мар. 2012 г.

Qeyri-adi gün


Adətən saat 7-də yuxudan oyanıram.Yuxudan oyanandan sonra elə bilirdim ki, hemişeki kimi adi günlerden biri olacaq.Amma elə olmadı...Yatağımdan durub komputerimin qabağında oturdum.Hemişe internetə girəndə 1-ci Facebooka daha sonra Azadliq radiosunun saytlarına girirəm.Saytlara daxil olub,gördüm ki,yuxuda olduğum zaman Azərbaycanda heç bir qeyri-adi bir şey baş verməyib.Hər şey normaldı.Daha sonra el-üzümü yuyub,yeməyimi yeyib yollandım məktəbə.Məktəbə gedib,sinifə girdim.Sinif yoldaşlarımla salamlaşıb,həmişə oturduğum partada oturdum.Sinifdə heç bir müəllim yox idi.Adətən 1-ci dərs zamanı müəllim zad olmur.Bəlkə də,1-ci dərsə girməyi ərinirlər.Bu da bizim "ANALOQU OLMAYAN TƏHSİLİMİZ".Məktəbdə həmişəki kimi hər şey adi idi.Zamanımızı test eləməklə keçirdirdik...Hər nəisə

7 февр. 2012 г.

Azad Edin...DƏRXAL!!!



Bəxtiyar Hacıyevə virtual aksiyaya mende qoşuluram. Bu yazımda məndə Bəxtiyar Hacıyevin azad edilməsini tələb edəcəm.

Bəxtiyar Haciyev menim həyatımın dəyişməsinde böyük rol oynayib.Onun haqqında məlumatım olandan sonra sanki yumulmuş gözlərim açıldı...
Təsadüfən saytlarin birinde onun həbs edilməsi barəsinde bir yazı oxudum.Daha sonra Bəxtiyar haqqında melumatlar axtarmağa başladim.Gördüklerim qarşısında mat-məəttəl qaldım.Gördüm ki,men necə də cındır,ədalətsiz dövlətdə yaşayıram.Həmin andan mən dövlətime nifret elemeye başladım...Anladım ki,mənim heç dünyadan xəbərim yoxdur.Bəlkə də bu menim az-yaşlı olmağımdan irəli gəlir.(17 yaşım var)