Adətən saat 7-də yuxudan oyanıram.Yuxudan oyanandan sonra elə bilirdim ki, hemişeki kimi adi günlerden biri olacaq.Amma elə olmadı...Yatağımdan durub komputerimin qabağında
oturdum.Hemişe internetə girəndə 1-ci Facebooka daha sonra Azadliq
radiosunun saytlarına girirəm.Saytlara daxil olub,gördüm
ki,yuxuda olduğum zaman Azərbaycanda heç bir qeyri-adi bir şey baş verməyib.Hər şey normaldı.Daha sonra el-üzümü yuyub,yeməyimi yeyib yollandım məktəbə.Məktəbə gedib,sinifə girdim.Sinif yoldaşlarımla
salamlaşıb,həmişə oturduğum partada oturdum.Sinifdə heç bir müəllim yox idi.Adətən 1-ci dərs zamanı müəllim zad olmur.Bəlkə də,1-ci dərsə girməyi ərinirlər.Bu da bizim "ANALOQU OLMAYAN
TƏHSİLİMİZ".Məktəbdə də həmişəki kimi hər şey adi idi.Zamanımızı test eləməklə keçirdirdik...Hər nəisə
Mektebdən saat 1-də çıxıb,yollandım evə.Saat 2-nin yarısında Coğrafiya hazırlığım
var idi.Tez özümü evə çatdırıb yeməyimi yeyib,yollandım Coğrafiya hazırlığına.Coğrafiya
hazırlığında testləri yoxlatdırıb,dərsi danışdım.Daha sonra müəllim yeni dərsi
başa saldı.Hazırlıqdan çıxıb,evə getdim.Evə gedib paltarlarımı dəyişib,oturdum
komputerimin qabağına.Komputerimi yandırdım.Ürəyimdə çox qəribə bir hiss var
idi.Sanki,ölkədə nəsə baş verib və mənim bundan
xəbərim yoxdur.Bu hiss məni yavaş-yavaş sıxmağa başlayırdı.İnternete
girdim.Hemişeki kimi 1-ci Facebooka girdim.Facebookda Qubada baş verənlər
haqqında paylaşımlar gördüm.Bilmirdim Qubada ne baş verib?Paylaşımlara girib
baxanda dəhşətə gəldim.Qubada kiçik bir inqilab olub.Bütün Quba ehalisi ayağa
qalxıb.İcra başçısı Rauf Həbibovun evini yandırıblar. Qubalıların nə səbəbə
qalxdığını araşdırmağa başladım.Qubalıların dərdi nədir?Axı nəyə görə belə
qəzəbləniblər?Mənə bu sualların
cavabları çox maraqlı idi.Daha sonra youtube-da belə bir video tapdım.
Və hər şey mənə aydın
oldu.Rauf Həbibov,Quba əhalisini təhqir elədiyinə görə Quba əhalisi üsyan eləmişdi.Eşq
olsun Quba əhalisinə!!!Hiss edirdim ki,bu gün qeyri-adi bir gün olacaq.Bu gün
Tarixə düşəcək.Bu günü hamı xatırlayacaq.Və çevriliş bu gündən başlayacaq…
Deməli,mən məktəbdə olanda,dostlarımla söhbət
edən zaman Azərbaycanda kiçik bir qığılcım baş verib.Kaş bu qığılcım bütün Azərbaycana
yayılardı.Azərbaycan bu qığılcamdan alışəb od tutub yanardı.Çox istərdim ki, bu
üsyanlar davam etsin.Xalq ayağa
qalxsın.Xatırladım ki,1837-ci ildə də Quba üsyanı baş vermişdir.Nəticədə,üsyan
digər əyalətlərə yayılmışdır.Ümid edirəm ki,bu üsyanlar digər kəndlərə də
yayılar.Xalqın gözü açılar…
Bu usyanla birlikde Sheki, CarBalaken, Taliw usyanlarida baw vermiwdi ve Rus diktaturasi terefinden yeni 1ci Nikolay terefinden yatirilmiwdi((
ОтветитьУдалить