1 июл. 2012 г.

"ANALOQU OLMAYAN" təhsil sistemi 2

1 ay olarki orta məktəbi qurtarmışam. 11 illik təhsil aldığım müddətdə 3 məktəb dəyişmişəm.

1-2ci siniflərdə 271 saylı orta məktəbdə , 3-7ci siniflərdə 72 saylı orta məktəbdə , 7-11 siniflərdə 90 saylı məktəbdə təhsil almışam.
271 nömrəli məktəbdə 2 il təhsil almağımın səbəbi odurki, təhsilin zəif olması idi. Buna heç zəif də demək olmaz. Yəni qısaca bərbat idi...

Müəllimənin dərsə gəlib uşaqlara savad verməyindənsə , elə bilki bazara gəlirdi. Bu müəllim dərs müddətində nəsə satırdı. Paltardan tutmuş bala qədər. Burda müəlliməni günahlandırmıram. Onu buna vadar edən səbəblər var. Əsas səbəb isə kifayət qədər maaş almamasıdır. Amma buna görə sinifi bazara çevirməz. Ən azından onun buna haqql yoxdur. Hər nəisə onsuzda 2-ci sinifdən çıxdım o məktəbdən.

2-ci məktəbdə - yəni 72 saylı məktəb ondan betər idi. Adı lisey getsə də 1 köpüklük məktəb deyildi. Burda əsasən sinifləri 3 qrupa bölürdülər.

1-ci qrupa "Oliqarxların sinifi". Bu qrupda olanlar varlı təbəqə təhsil alırdı. Nazir uşaqları zad var idi.
2-ci qrupa "Mini-oliqarxlar". Bu qrupda olanlar "nisbətən varlı" şəxslərə aiddir.
3-cü qrupa kasıblar. 7-ci sinifdən sonra bu təbəqə yox olur. Çünki varlılar kasıbları məktəbdən pulnan çıxartdırır. Direktora pul verib çıxartdırır. Məni də çıxartdırdılar. Qiymətlərim əla olmasına baxmayaraq...

Keçim 3-cü yəni 90 saylı məktəbə. Bu məktəb Yeni Ramana qəsəbəsində yerləşir. Məktəb normal səviyyəli kənd məktəbidir. Hər məktəbdə olduğu kimi bu məktəbdə də təhsil səviyyəsi zəif idi. Uşaqlar məcbur olurdular ki, hazırlıqlara getsin. Və belə də uşaqlar dərs proqramını oxumurdular. Ancaq hazırlıqlara getdiyi müəllimələrin dərslərini oxuyurdular.
Mən 9-cu sinifdə oxuduğum zaman bu məktəbdə belə bir hadisə baş vermişdi. Buhadisə haqqında uzun-uzadı yazmayacam .Bu haqda BURA daxil olub oxuya bilərsiz.
90 saylı məktəbdə 10-11ci siniflərdə oxuyanda isə təhsil daha bərbat vəziyyətə gəlib çatmışdı. Müəllimlər artıq qudurmuşdular. 1-ci və 2-ci dərslərə girməməyə başlayırdılar.
Sözün əsl mənasında bekarçılıq idi. Bekarçılıqdan sinifdə çıxmadığımız oyun qalmamışdı. Hətta elə olurdu ki, sinifdə 1-2ci dərslərdə yatıb 3-cü dərsdə müəllim gələndə dururduq...
Bu şəkilə isə ad verə bilmirəm. Axı bu şəklə nə ad vermək olar? Bütün günü uşaqlar ayaqlarını belə uzadıb otururdular


Birdə  avara-uvaralar məktəbin oğlan tualetini kurilnıy zal eləmişdilər. Tualetə girmək olmurdu. Tualetə girmək cəhənnəm uşaqlara siqəret çəkməyi öyrədirdilər. Birdə görürdün 6-cı sinifdə oxuyan uşaq əlində siqəret sənə salam verir. Bu haqqda neçə dəfə Direktora , zauça desəmdə heç kimin vecinə olmadı. Qısaca Azərbaycanda təhsil bərbat gündədir.
Sevinirəm ki, 2-3 aydan sonra burdan rədd olub gedəcəm. O günü səbirsizliklə gözləyirəm...

1 комментарий:

  1. slm alykm meqalenizi oxudum. Yazdiqlarinizda heqiqt cox olsa da tam heqiqtdir deye bilmerem.
    Cunki ozum de 72 sayli mektebi birimisem
    Edaletsizlikler chox olur. Amma ushaqdan da cox asilidr. Valideynelrinin onu nece boyutmeyinden. Mekteb ve valideyler ortaq olaraq islemelidir ushaqda olan potansiyalin tam uze chixmasi ve mekteblinin sonradan kechirdiyi heyatdan peshman olmamasi uchunnnnnnn....

    ОтветитьУдалить

Fikirlərinizi bildirməkdən çəkinməyin