11 авг. 2012 г.

Qızıl medal?!


Bu gün Olimpiadada 2 qızıl medal qazandıq. Sosial şəbəkələrdə (Twitterdə , Facebookda) qızıl medal haqqında hamı nəsə yazır. Hamı buna sevinir. Amma mən sevinə bilmirəm. Daha doğrusu sevinmək istəmirəm. Səbəb? Səbəbi budur ki, Bu ölkənin hər qazanılmış nailiyyəti, həmişə İlham Əliyevin nailiyyəti olaraq qələmə verilir... 1-2 gün keçsin bütün tv kanallarında deyəcəklər ki, bu Möhtərəm Prezidentimiz Cənab Leytenant Ali Baş komandan zatı-ailələri İlham Əliyevin uzaq görən siyasəti nəticəsində qazanılmışdır. Başa düşə bilmirəm İlham Əliyev gəlib qızıl medalı qazanıb? Bəsdirin girənniy elədiz. İnsafınız olsun. Heç olmasa bir gün girənniy eləmədin yaşayın!

  Mən heç Eurovisionu qazananda da sevinməmişdim. Əksinə daha da pis oldum. Eurovisionun Bakıda keçirilməsi nəticəsində 1 milyarda yaxın pul xərcləndi, 20.000 insanın evi qanunsuz olaraq söküldü. Camaat çöldə qaldı. Bu insanlar belə əziyyət çəkəndən sonra mən nəyə sevinim? Sevinsəm həmin insanlara şərəfsizlik edərəm.  Bu kadr nəzər yetirin...



İndi həmin idmançılara 400.000 manat mükafat olaraq pul veriləcək. Hesablasaq ki, 2 nəfər qızıl medal qazanıb, 800000  manat edir. Üstəlik ev , maşın və s. mükafatlar veriləcək. Elnur Məmmədlidə olduğu kimi. Müharibə şəraitində yaşayan ölkə bu qədər pul xərcləməməlidir. Bunu mən İlham Əliyevə öyrətməməliyəm. Özü "uzaq görən" siyasətçidir. Yəqin dərk eləmək qabiliyyəti də var.
  Olmaz ki, bu pulu onlara yox  , təhsilə verəsən? Axı hər şey idman deyil? Təhsilə pul ayırmaq istəmirsənsə xalqına ver heç olmasa. Onlarda yatanda tox qarnına yatsınlar. Bu belə çətin işdir? Yaxşı dubayda olan mülklərinə heçnə demədik. Amma bu qədər də olmaz da. Bu millət nə vaxta qədər 300 manatla dolanacaq?

Son 3 ildə Azərbaycanın heç bir nailiyyətinə sevinməmişəm. Sevinə bilmirəm. Belə davam etsə bir də Azərbaycanın nailiyyətinə çətin sevinim. Hər nailiyyətdə daha da geriyə düşürük. Hər nailiyyət İlham Əliyev üçün xeyirdir. 2013-cü ildə bunu kozer olaraq istefadə edəcək. Ona görə hələlik istəmirəm Azərbaycan nailiyyət qazansız.

P.S  İndi mənə nə edirsiz deyin. Şərəfsiz, əxlaqsız , vətən xaini, ermənipərəst hansı statusu verirsiz verin. Heç biri vecimə deyil. Mən sadəcə normal yaşayış istəyirəm. Normal maaş , normal təhsil istəyirəm.  İstəyirəmki, uşağım olanda onu parka aparmağa pulum olsun. İstəmirəm uşağım parkda oturub yelləncəklərə gözünü döysün....

Hamıya Uğurlar...

1 комментарий:

Fikirlərinizi bildirməkdən çəkinməyin