Bir əlil
arabası, bir də qarşısındakı kompüter bəs edir ki, 40 yaşlı Qarabağ əlili İlham
Məhərrəmov həyətlərində rahat oturub başını qatsın. söhbət zamanı hərdən
facebookda status da yazır, ya da ki baş səhifədəki dostlarının yazdıqlarına göz
gəzdirir. Deyir ki, bir əlil üçün vitualda oturmaqdan rahat nə ola bilər?
Amma real həyatı daha çətin...
İlham Məhərrəmov
deyir ki, ən böyük problem dövlətin Qarabağ əlillərini düzgün qiymətləndirməməsidir.
"Həm
maddi həm də mənəvi cəhətdən. Mənəvi
odur ki, hər hansı dövlət təşkilatına getsək heç bir güzəşt və qayğı görməyəcəyik.
Maddi cəhətdən isə tikintidə işləyən adi fəhlə qədər məvacib vermir".
İlham Məhərrəmov
1-ci qrup Qarabağ əlili olduğu üçün 170 manat pensiya, 99 manat isə Prezident təqaüdü
alır.
1992-ci
ildə Qarabağ müharibəsinə könüllü kimi
iştirak edən İlham Məhərrəmov 1994-cü il Yanvar ayında Ağdərədə yaralanıb. bu müharibəni hər dəfə ona xatırladan bədənindəki 30 qəlpə yeri və evinin küncündəki 3 əlil arabasıdır.
"Onlardan birini dövlət verib, 2-ni isə şəxsi hesabımıza almışıq. Qohumların, dostların köməkliyi ilə. Onların üçünün də öz funksiyası var - biri hamam üçün, biri çöldə, biri - baxın, həyətdə yer metlaxdır - onun üzərində rahat yerimək üçün və sair. Əslində, əlil arabasının ən bahalı hissəsi onun döşəkçəsidir. Hardasa 200-250 manat civarında. Dövlətin bizə verdiyinin üstündə bu gəlmir, onu da özümüz almalı oluruq".
Müsahibim
ölkədəki bərpa mərkəzlərinin azlığını qeyd edib deyir ki, olanlarda da əlillərin
müalicəsi üçün yetərincə şərait yoxdur.
"Halbuki
buna Prezident tərəfindən vəsaitlər ayrılır və tövsiyə edir ki, Qarabağ əlillərinin
müalicəsi və sosial həyat tərzi yaxşılaşdırılsın. Ölkədə
iqtisadiyyatın zəif olduğu vaxtı əlillər bunu dərk edir və az təminatnan olsa
da dolanırdı. Amma bu gün iqtisadiyyatın inkişaf etməsi ilə əlaqədar olaraq əlillərin
də həyat tərzi yaxşılaşmalı və onlara da köməklik edilməlidir. Əlbəttə köməklik
edilir amma bu yetərincə deyil".
O, 1996-ci
ildən 2000-ci ilə qədər Yeni Ramanada yerləşən Gənc əlillərin əmək və istirahət
mərkəzində yaşayıb. 2000-ci ildə dövlət
tərəfindən OKA ovtomobili ilə təmin olunandan sonra əlillər evindən çıxıb.
"Dövlət
maşınla təmin edilən əlillərin mərkəzdən çıxmasını qarşılarına şərt kimi qoyub.
Qarabağ əlili ya maşından imtina edərək mərkəzdə yaşamalı, ya da maşının
götürüb yaşayış məkanını dəyişmək problemi ilə üz-üzə qalıb".
İlham Məhərrəmov
ikincisiylə razılaşıb və mərkəzi tərk edib. Köçəcəyi başqa yer olmadığından 2000-ci
ildən bugünə qədər qardaşı ilə eyni evi bölüşür.
Qarabağ əlili
danışır ki, ölkədə müalicəsi olmayanlar dövlət tərəfindən Krım vilayətində,
Saki şəhərində yerləşən Burdinka adına sanatoriyaya müalicəyə göndərilirlər. Əvəllər
bu müalicənin müddəti 45 gün olsa da,
hazırda 28 günə salındı. Niyəsini isə İlham Məhərrəmov özü də bilmir.
Əvvəllər
Bakı - Senfropl reysi ilə müalicəyə gedən əlillər sonra, Bakı-İstanbul-Senfropl
reysi ilə göndərilməyə başlanıb. Bu səfərə çəkilən vaxtın 3 dəfə artması deməkdir.
İlham Məhərrəmov uzun çəkən yolda çətinliklərindən danışır.
"Bakı-Sentfropl
reysi 5-6 saat, Bakı-İstanbul-Senfropl reysi isə 15-16 çəkir. bu vaxt ərzində
bir yerdə, tərpənmədən oturmalı olursan. Tualetə getmək də çətinlik yaradır.
müalicə almağa tək getdiyimdən yolda köməyim olmur".
Həmsöhbətimin
dediyinə görə, yolda çəkilən əziyyətə görə əlillər bir daha sanatoriyaya getmək
istəmir.
"Bəlkə
reysin dəyişilməsi dövlətin əlillərin bu sanatoriyaya getməsinin qarşısını
almaq üçün edilmiş bir dəyişiklikdir".
Onunla
söhbət etdiyimiz zamanı sosial şəbəkələrdəki aktivliyindən danışır. Başqaları tərəfindən
yaradılmış əlillər üçün qruplarda paylaşılan videolara baxır, yazıları, xəbərləri
izləyir. Diqqətini isə əsasən, çoxfunksiyalı arabalarin shekili çəkir. Həmsöhbətim
deyir ki, onların qiyəti azı 4000 manatdır, amma adamı ayaqüstə də saxlamaq
imkanı var. O, isə bunları hələ ki virtual olaraq izləməklə kifayətlənir...
Yazını redaktə edən Vüsalə Əlibəyliyə təşəkkürlər...
Комментариев нет:
Отправить комментарий
Fikirlərinizi bildirməkdən çəkinməyin