Показаны сообщения с ярлыком İlham. Показать все сообщения
Показаны сообщения с ярлыком İlham. Показать все сообщения

11 нояб. 2012 г.

Asayişi kimlər pozur?

Prezident ictimai asayişi pozulması bəhanəsi ilə mitinqlərin keçirilməsi yaradılan daha da niyyəti ilə aksiyalarda iştirak edənlərin cərimələnməsi haqda sərəncam verdi. Artıq hökümətlə razılaşmadan mitinqə boş ciblə gedə bilməzsən. Demək, indən belə də, ictimai asayişi pulu bol olanlar poza biləcək, rus demiş 
тем более şəhərin mərkəzində səs-küy salmaq üçün gərək əlin cibində olsun.

Bu videonu Gəncədə yaşayan jurnalist Təhminə Tağızadə çəkib. Videoda göründüyü kimi bu yoldan Prezident keçəcək. Buna görə də polislər yolu maşınlardan təmizləyirlər. Polis maşınında oturan polis səs yüksəldici ilə insanlara yolu boşaltmağa əmr edir. Bu zaman həmin yoldan keçənlər də bu səsdən narazı olur. Onların istirahət hüququ  pozulur. Bəs polisləri kim cəzalandıracaq? 

2 сент. 2012 г.

Qarabağ əlininə verilən qiymət


Bir əlil arabası, bir də qarşısındakı kompüter bəs edir ki, 40 yaşlı Qarabağ əlili İlham Məhərrəmov həyətlərində rahat oturub başını qatsın. söhbət zamanı hərdən facebookda status da yazır, ya da ki baş səhifədəki dostlarının yazdıqlarına göz gəzdirir. Deyir ki, bir əlil üçün vitualda oturmaqdan rahat nə ola bilər?

 Amma real həyatı daha çətin...



İlham Məhərrəmov deyir ki, ən böyük problem dövlətin Qarabağ əlillərini düzgün qiymətləndirməməsidir.

"Həm maddi həm də mənəvi cəhətdən.  Mənəvi odur ki, hər hansı dövlət təşkilatına getsək heç bir güzəşt və qayğı görməyəcəyik. Maddi cəhətdən isə tikintidə işləyən adi fəhlə qədər məvacib vermir".